...

Bu gün Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür

Mədəniyyət Materials 20 Oktyabr 2012 13:54 (UTC +04:00)
Trend-in məlumatına görə, Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlayıb.
Bu gün Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Bu gün Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.

Trend-in məlumatına görə, Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm səciyyəvidir. Məharətli improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas xüsusiyyətlərindəndir.

Azərbaycanı Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla təmsil edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Allah rəhmət etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti