...

Teatr tənqidi və rejissor sənəti mövzusunda seminarlar keçiriləcək

Mədəniyyət Materials 6 Noyabr 2012 16:02 (UTC +04:00)
Noyabrın 7-də II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində teatr tənqidi və rejissor sənəti mövzusunda seminarlar keçiriləcək.
Teatr tənqidi və rejissor sənəti mövzusunda seminarlar keçiriləcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Noyabrın 7-də II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində teatr tənqidi və rejissor sənəti mövzusunda seminarlar keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vaisin (Kanada) aparacağı seminar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşəcək. Xorvatiyalı İvitsa Simiçin rejissor sənətinə həsr olunmuş seminarı isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil olunacaq.

Noyabrın 6-da axşam Gənc Tamaşaçılar Teatrının səhnəsində Səudiyyə Ərəbistanı teatrının "Vağzal heç yerə getmir" (Fahed əl-Harti) tamaşası nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti