...

Azərbaycanda mədəniyyət sahəsində qadağalar müəyyənləşib

Mədəniyyət Materials 7 Dekabr 2012 14:56 (UTC +04:00)
Trend-in məlunatına görə, komitənin sədri Nizami Cəfərov iclasda bildirib ki, üçüncü oxunuşa təqdim olunan qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb və əvvəlki müzakirələr zamanı səsləndirilən fikirlər, o cümlədən müvafiq dövlət strukturlarından alınan təkliflər nəzərə alınıb.
Azərbaycanda mədəniyyət sahəsində qadağalar müəyyənləşib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Mədəniyyət komitəsi cümə günü "Mədəniyyət haqqında" qanun layihəsini müzakirəyə çıxarıb.

Trend-in məlunatına görə, komitənin sədri Nizami Cəfərov iclasda bildirib ki, üçüncü oxunuşa təqdim olunan qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb və əvvəlki müzakirələr zamanı səsləndirilən fikirlər, o cümlədən müvafiq dövlət strukturlarından alınan təkliflər nəzərə alınıb.

"Hazırda Ədliyyə və Maliyyə nazirlikləri ilə bir sıra razılaşdırılmamış məsələlər qalıb ki, onlar da bu yaxınlarda öz həllini tapacaq", - o deyib.

Cəfərov bildirib ki, qanun layihəsi mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətlərini, prinsiplərini və dövlətin bu sahədə vəzifələrini əks etdirir.

Sənəddə, eyni zamanda, yaradıcı şəxslərin üzərinə düşən hüquqlar göstərilib.

Ötən oxunuşlara təqdim olunan qanun layihəsindən fərqli olaraq, cari qanun layihəsində mədəniyyət sahəsində tətbiq olunacaq qadağalar öz əksini tapıb.

Layihədə qeyd olunub ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi texniki potensialına və milli maraqlarına zərər vura biləcək təbliğatın aparılması, həmçinin müharibənin, sosial, irqi, dini, milli, təbəqə, nəsil üstünlüyünün təbliğinə yönəlmiş çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət tədbirlərinin keçirilməsi qadağan olunacaq.

Sənəddə zorakılığın, pornoqrafiyanın, narkomaniyanın təbliğinə yönəlmiş mədəniyyət tədbirlərinin keçirilməsi də qadağan olunub.

Qanun layihəsi ilə Azərbaycan mədəni və təbii irsinin birbaşa təyinatından fərqli istifadəsi qadağan olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti