...

Əbülfəs Qarayev: Azərbaycanın tar ifaçılıq sənətinin YUNESKO-nun siyahısına daxil edilməsi xüsusi əhəmiyyət daşıyır

Mədəniyyət Materials 11 Dekabr 2012 16:51 (UTC +04:00)
Azərbaycanın tar ifaçılıq sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi xüsusi əhəmiyyət daşıyır.
Əbülfəs Qarayev: Azərbaycanın tar ifaçılıq sənətinin YUNESKO-nun siyahısına daxil edilməsi xüsusi əhəmiyyət daşıyır

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın tar ifaçılıq sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"Artıq Azərbaycan musiqisinin sütunlarından biri olan tarımız bu gün bəşəriyyət tərəfindən qorunaraq qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Son illər YUNESKO-nun xətti ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olan hər bir anlayış bizim üçün çox əhəmiyyətlidir. Artıq YUNESKO Novruz bayramı, Azərbaycan muğamı, Aşıq musiqisi, xalçaçılıq sənətini bu siyahıya daxil edib. Bunlar hamısı Azərbaycan xalqının yaratdığı yaradıcılıq növləridir", - Qarayev qeyd edib.

Nazir bildirib ki, bu gün tarımız milli musiqimizdə, XX-XXI əsr Azərbaycan musiqisinin palitrasında özünəməxsus yer tutur. Cəmiyyət inkişaf etdikcə, tar ifaçılığı da inkişaf edir.

Qarayev bildirib ki, bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində baş verib.

Qeyd edək ki, Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilib. Sessiyada YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunub və Azərbaycanın tar ifaçılıq sənəti bu siyahıya daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti