Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Braziliyanın aparıcı qəzeti olan "Correio Braziliense"nin son buraxılışında jurnalist Rebekka Ramosun "Azərbaycanın ləziz mətbəxi" adlı məqaləsi dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəllif məqaləsində Azərbaycanın zəngin mədəniyyətindən, coğrafiyasından söz açıb, ölkəmizin tarixi İpək Yolu üzərində yerləşdiyi haqqında məlumat verib.
Məqalədə, həmçinin Azərbaycan mətbəxinin müxtəlifliyi və özünəməxsusluğu qeyd edilib və milli yeməklərin hazırlanması reseptləri haqqında ətraflı təlimatlar verilib.
Məqalədə, eyni zamanda, Azərbaycan çayı, onun hazırlanmasında və istehlakında istifadə edilən samovar, armudu stəkan, müxtəlif dağ otları, mürəbbə növləri və şirniyyatlar haqqında bəhs olunub.