...

Bakıda MDB-nin paytaxt şəhərlərində mədəni irsin mühafizəsi üzrə beynəlxalq konfrans keçiriləcək

Mədəniyyət Materials 22 Yanvar 2013 16:56 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və MDB İcraiyyə Komitəsinin birgə təşkilatçılığı ilə 2013-cü ilin mart ayında Bakı şəhərində "MDB dövlətlərinin paytaxtlarında tarixi və mədəni irsin mühafizəsi məsələləri" adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.
Bakıda MDB-nin paytaxt şəhərlərində mədəni irsin mühafizəsi üzrə beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və MDB İcraiyyə Komitəsinin birgə təşkilatçılığı ilə 2013-cü ilin mart ayında Bakı şəhərində "MDB dövlətlərinin paytaxtlarında tarixi və mədəni irsin mühafizəsi məsələləri" adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, konfransın işi "Müasir urbanizasiya şəraitində paytaxt şəhərlərin tarixi və mədəni irsinin mühafizəsi məsələləri", "Paytaxt şəhərlərin tarixi mərkəzlərinin idarə edilməsi modelləri və ümumdünya irsi", "Tarix və mədəniyyət abidələrinin şəhərin sosial-iqtisadi inkişafı baxımından səmərəli istifadəsi" mövzuları ətrafında sessiyalar şəklində baş tutacaq.

Konfransda MDB-yə üzv dövlətlərin paytaxt şəhərlərinin merləri və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir.

Konfrans çərçivəsində eyni adlı mövzu üzrə fotosərginin təşkili də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti