...

"Eurovision 2013" müsabiqəsinin aparıcısı məlum olub

Mədəniyyət Materials 28 Yanvar 2013 20:39 (UTC +04:00)
Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsinin aparıcısı məlum olub.
"Eurovision 2013" müsabiqəsinin aparıcısı məlum olub

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsinin aparıcısı məlum olub.

Trend İctimai Televiziyaya istinadən məlumat verir ki, yarışmanı isveçli yumorist və televiziya aparıcısı Petra Mede aparacaq. O, 2009-cu ildə İsveçin ən yaxşı qadın yumoristi seçilib. Nadir yumor məharəti olan bu xanım TV3 kanalında "Petra Mede Şou"nun aparıcısı olub.

Hazırda isə Mede ən məşhur tədbirlərə, konfranslara, televiziya şoularına, konsertlərə aparıcılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti