...

"Eurovision 2013"-ün səhnə eskizləri hazırlanıb (FOTO)

Mədəniyyət Materials 29 Mart 2013 17:23 (UTC +04:00)
Bu ilin may ayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsinin səhnə eskizləri hazırlanıb.
"Eurovision 2013"-ün səhnə eskizləri hazırlanıb (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Bu ilin may ayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsinin səhnə eskizləri hazırlanıb. Trend İctimai Televiziyaya istinadən məlumat verir ki, bu barədə mahnı müsabiqəsinin rəsmi saytı xəbər yayıb.

Xatırladaq ki, İsveç televiziyası SVT noyabr ayından etibarən səhnə dizaynı ilə bağlı ilk işlərə start verildiyini bir neçə ay əvvəl açıqlamışdı. Son məlumatlara görə, möhtəşəm yarışmanın səhnə eskizləri artıq hazırdır. Belə ki, səhnə ən son texnologiyalara cavab verən və olduqca maraqlı elementlərdən ibarət olan fərqli tərzə malik olacaq. İştirakçılarla zalda əyləşən tamaşaçılar arasındakı məsafə də artıq müəyyənləşdirilib. Səhnənin digər hissələri isə ənənəvi qaydada olacaq.

Səhnə elementlərində kəpənəyin qanadları və bu kimi digər detallara xüsusilə böyük yer veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti