...

Tünzalə Ağayeva: "Dina Qaripova ən yüksək qiymətə layiq idi"

Mədəniyyət Materials 20 May 2013 16:46 (UTC +04:00)
"Eurovision" mahnı müsabiqəsində Azərbaycandan olan münsiflər heyətinin üzvü, əməkdar artist Tünzalə Ağayeva hesab edir ki, Rusiya təmsilçisi Dina Qaripova hələ "Eurovision 2013"-ün başlamasına qədər müsabiqənin favoritlərindən biri idi.
Tünzalə Ağayeva: "Dina Qaripova ən yüksək qiymətə layiq idi"

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir V.İmanov/

"Eurovision" mahnı müsabiqəsində Azərbaycandan olan münsiflər heyətinin üzvü, əməkdar artist Tünzalə Ağayeva hesab edir ki, Rusiya təmsilçisi Dina Qaripova hələ "Eurovision 2013"-ün başlamasına qədər müsabiqənin favoritlərindən biri idi.

Ağayeva Trend-ə bildirib ki, onun gözəl vokal imkanları var və o, "What if" kompozisiyasını çox gözəl təqdim edib: " Və şübhəsiz ki, müsabiqə iştirakçısı olan ölkələrdən ən yüksək xallara layiq idi. Ona gələcək yaradıcılığında müvəffəqiyyətlər arzulayıram".

Onun sözlərinə görə, rusiyalı təmsilçi finalda parlaq və yaddaqalan nömrə təqdim etməklə əminliklə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti