...

Dina Qaripova "Eurovision"un nəticələrindən razıdır

Mədəniyyət Materials 22 May 2013 15:24 (UTC +04:00)
"Eurovision 2013"-də beşinci yeri tutan rusiyalı ifaçı Dina Qaripova müsabiqənin nəticələrindən razıdır və Azərbaycandan "itən" səslərlə bağlı təhqiqatın nəyə lazım olduğunu anlamır.
Dina Qaripova "Eurovision"un nəticələrindən razıdır

Azərbaycan, Bakı, 22 may /Trend/

"Eurovision 2013"-də beşinci yeri tutan rusiyalı ifaçı Dina Qaripova müsabiqənin nəticələrindən razıdır və Azərbaycandan "itən" səslərlə bağlı təhqiqatın nəyə lazım olduğunu anlamır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Rusiyanın "Eurovision"dakı təmsilçisi Kazanda keçirilən mətbuat konfransında bildirib: "Düzünü desəm, bu təhqiqat nəyə lazım olduğunu anlamıram. Mən müsabiqənin nəticələrindən razıyam. Telefon şəbəkələrində hər hansı problem ola bilər, lakin mən bundan uzağam və bu məsələni şərh etmək mənim üçün çətindir. Əgər onlar həqiqətən səs veriblərsə, bu mənə xoşdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti