...

Budapeştdə "Dolu" filmi nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 8 İyun 2013 16:08 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyi tanınmış yazıçı, millət vəkili Aqil Abbasın Dağlıq Qarabağda erməni işğalçılarına qarşı mübarizədən bəhs edən “Dolu” romanının motivləri əsasında çəkilmiş eyniadlı filmin Budapeştdə nümayişini təşkil edib.
Budapeştdə "Dolu" filmi nümayiş olunub (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyi tanınmış yazıçı, millət vəkili Aqil Abbasın Dağlıq Qarabağda erməni işğalçılarına qarşı mübarizədən bəhs edən "Dolu" romanının motivləri əsasında çəkilmiş eyniadlı filmin Budapeştdə nümayişini təşkil edib.

Səfirlikdən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsi, onun ölkəmizə vurduğu böyük maddi və mənəvi zərər, iyirmi ildən bəri işğal altında qalan Azərbaycan torpaqları, qaçqınlar problemi barədə məlumat verib.

Ssenari müəllifi, yazıçı Aqil Abbas son illər Azərbaycan kinosunun uğurlu nümunələrindən sayılan "Dolu" filmi üzərindəki yaradıcı işdən danışıb.

Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan və uzun zaman alqışlanan filmin nümayişində Macarıstan Parlamentinin üzvləri, diplomatlar, media təmsilçiləri, yaradıcı insanlar, Azərbaycan diasporunun və Macarıstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti