...

"Yarat!" Müasir İncəsənət Məkanı “YARd ArT” layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 25 İyun 2013 12:19 (UTC +04:00)
Gənc rəssam Fərhad Haqverdi rəssamlar Həsən Haqverdiyev, Arif Əmirov və Aydın Bağırzadə ilə əməkdaşlıqda "YARd ArT" layihəsini təqdim edib.
"Yarat!" Müasir İncəsənət Məkanı “YARd ArT” layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend Life, müxbir V.İmanov/

Gənc rəssam Fərhad Haqverdi rəssamlar Həsən Haqverdiyev, Arif Əmirov və Aydın Bağırzadə ilə əməkdaşlıqda "YARd ArT" layihəsini təqdim edib. Bu barədə Trend Life xəbər verir.

Tədbirdə "YARAT!" Müasir İncəsənət Məkanının qurucusu Aida Mahmudova, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

"YARd ArT" layihəsi Bank Respublika-nın sponsor dəstəyi hesabına reallaşdırılan və "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan Participate Public Art Festivalı çərçivəsində işlənilib və həyata keçirilib. Layihə əsas diqqəti açıq havada yerləşən şəhər ərazilərinin xüsusi məkanlarına-Bakı həyətlərinə-yetirir. Bundan başqa, layihədə həyətlər lazımi səviyyədə qiymətləndirilməyən və qrafika ilə divar naxışı vasitəsilə simaları dəyişdiriləcək məkan kimi təsvir olunur. Rəssam Fərhad Haqverdiyev həyata keçirdiyi layihəsi ilə həyət sakinlərini vəziyyəti dəyişdirmək məqsədilə hərəkətə gətirmək niyyətindədir.

Hazırda biz şəhərimizin sürətli inkişafının və bina fasadlarının restavrasiyası üçün külli miqdarda maliyyə vəsaitlərin ayrılmasının şahidiyik. İcra olunan layihənin məqsədi isə, sakinlərə güzəranları keçirdikləri şəxsi məkanlarının təkmilləşdirməsinin öyrədilməsidir.
Layihənin təqdimatı Qızıl Şərq küçəsi, 8 ("Olimp" mağazasının yaxınlığında) ünvanında yerləşən həyətlərdən birində baş tutub. Layihəyə o cümlədən mənuniyyətlə həyətin ən kiçik sakinləri də qoşuldular.

Fərhad Haqverdiyev Bakıda yaşayan və burada əsərlərini yaradan rəssamdır. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin məzunudur və Azərbaycanın Gənc Rəssamlar İttifaqının üzvüdür. Bu layihədən öncə Fərhad Haqverdi 2013-cü ildə Rəssamlar İttifaqının Sərgi Salonununda, 2012-ci ildə Müasir İncəsənət Sərgi Salonunda, 2010-cu ildə Bakı Muzey Mərkəzində və 2009-cu ildə "Yaradan" Sərgi Salonunda təşkil olunan müxtəlif sərgilərdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti