...

Bakıda eksperimental teatr festivalı keçiriləcək

Mədəniyyət Materials 25 Oktyabr 2013 22:04 (UTC +04:00)
Oktyabrın 28-dən noyabrın 6-dək Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "2+1" Eksperimental Teatr Festivalı keçiriləcək.
Bakıda eksperimental teatr festivalı keçiriləcək

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Oktyabrın 28-dən noyabrın 6-dək Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "2+1" Eksperimental Teatr Festivalı keçiriləcək.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, əsas məqsəd gəncləri yeni yaradıcılıq axtarışlarına cəlb etmək, onların təşəbbüslərini qiymətləndirməkdir.

Festivalda səkkiz kollektiv doqquz tamaşa ilə iştirak edəcək, Tiflis Azərbaycan Dram Teatrı qonaq qismində dəvət olunacaq. Festivala Gənc Tamaşaçılar Teatrının tamaşası ilə start veriləcək. Fərqlənən tamaşalar gələcəkdə beynəlxalq layihələrə təqdim olunacaq.

Festival ilk dəfə 2011-ci ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti