...

Bakıda YARAT!-ın təşkilatçılığı ilə fransız rəssam və fotoqraf Alein Zimerayın fərdi sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 5 Dekabr 2013 17:00 (UTC +04:00)
Bakıda YARAT! Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə fransız rəssam və fotoqraf Alein Zimerayın fərdi sərgisi açılıb.
Bakıda YARAT!-ın təşkilatçılığı ilə fransız rəssam və fotoqraf Alein Zimerayın fərdi sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Bakıda YARAT! Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə fransız rəssam və fotoqraf Alein Zimerayın fərdi sərgisi açılıb.

Trend-in məlumatına görə, tədbirdə ictimai, mədəniyyət və incəsənət xadimləri, diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Dekabrın 20-dək davam edəcək sərgi Natavan Qalereyasında keçirilir.

L.Araqon deyib ki, əbədiyyət "bəşəri məfhumların sonsuz baharına" toxunur.

Bizi həyatın mənası barədə fikrin üzərində dayanmağa vadar edən elə fotoşəklin öz təbiətindən irəli gəlir. Bu sərgi ilə Alein Zimeray bizi onun əbədiyyədə dair baxışları ilə bölüşməyə dəvət edir.

Əbədi qadın

"XXI əsrin madonnaları" qalereyasından qadınlar, öz şəkillərində ayaqlarını çəkmiş olduğu Parisli qadınlar, Venesiyanın turist və yerli xanımları - onların hamısı bəşəri əbədiyyətin bir parçasıdır.

Qadınlar bəşəriyyətin oyanışını ifadə edir, onlar məftun edir, cəlb edir, onlar istənilir, incidilir, onlar qorxuducu da ola bilər, çox zaman da ehtiraslarını ətrafa buraxanlar da. Elə, bu qaçılmaz məftunluqdan özünü qurtarmaq cəhdlərində rəssam foto çəkərək bizə öz şəkillərinin hissiyyatına qovuşmağa imkan yaradır. Zərif, lakin səhv olaraq zəif cinsin nümayəndələri adlandırılan qadılnar həmişəlik müəmma olaraq qalacaqlar.

Əbədi şəhərlər

Venesiya və Paris: çox simvolik bir seçim. Venesiya onun nəfəs aldığı, Paris isə yaşadığı şəhərdir. Qış dumanının örtüyü altında toranlığın irəli atıldığı köhnəlmiş binaların arxasında gizlənən müəmmalar. Əgər göydən baxsaq, Venesiyanı əhatəsindəki suyun kişi elementində çimən bir qadına bənzətmək olar. Acqua Altada kişi qadını qolları arasına alaraq qucaqlayır. Kişi yaradıcılığı - çox yaxın bir əbədilikdir, lakin, qurduğunu çox zaman məhv edən elə, özü deyilmi?

Alein Zimeray 1954-cü ildə anadan olan rəssam və fotoqrafdır. Alein Zimeray hələ lap uşaqlıqdan müasir incəsənət kainatına baş vurmuşdur. Böyük kolleksiyaçı olan atasının vasitəçiliyilə o, Arman, Man Rey və Piter Berd kimi rəssamlarla, həmçinin, qalereya sahibləri və 60-cı illər Parisinin bütün incəsənət elitası ilə tanış olur.

Onun sənət işləri qadınlıq və bədən, portret və dəniz üzərində mərkəzləşir. Bu mövzular onun çap etdiyi iki kitabında: "Les Dames de la Mer" və "Sentinelle des mers"-da illüstrasiya edilir və onun təşkil etdiyi müxtəlif fərdi və birgə sərgilərdə əks etdirilir. Əsas rolu xüsusi olaraq əlçatımlı olmayanı görmək və göstərmək olan fotoqraf və hadisənin adi təsvirindən kənara çıxaraq movzu üzərində yüksəlməyə cəhd edən rəssamın eyni insanda birləşməsi bu cür baş verir. Alein Zimerayın işlərini onun hansı mövzuya müraciət etməsindən asılı olmayaraq hissiyyatın zərif toxunuşunun axtarışından tanımaq olar. Onun fərdi üslubu qadınların ayaqları ətrafında, atmosferin ağırlığında və yaxud rəsmin mahiyyətinin, qeyri aydınlığın və səthin hissiyyatının bir anlamda birləşəcəyi qara və ağ şəkillərin toxunula biləcək hissəciklərində aşkar olunan yüngül "sfumato" texnikasında ifadə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti