Azərbaycan, Bakı, 9 dekabr /Trend/
"Park Cinema" uşaqların ən çox gözlədiyi "Buzlu ürək" animasiya filminin ekranlara çıxması ilə bağlı uşaq fotomüsabiqəsinin keçiriləcəyini elan edir.
Dekabrın 12-dən "Park Cinema" şəbəkəsində ilin ən şən və yaddaqalan müsabiqəsi start götürür.
Kinoteatr azyaşlı qonaqları "Buzlu ürək" filminin Hans, Elza, Anna, Kristofer və s. sevilən qəhrəmanlarından birinin kostyumunda Park Cinema-da şəkil çəkdirib müsabiqədə iştirak etməyə dəvət edir.
Park Cinema-nın "facebook" səhifəsində ən çox səs toplamış iştirakçının fotosu qalib seçiləcək və o, anası ilə birlikdə Avropaya üç günlük səyahət qazanacaq.
Müsabiqənin şərtləri:
İştirakçının "Park Cinema" kinoteatrlarının birində cizgi filminin qəhrəmanı obrazında çəkilən 1 (bir) şəklini [email protected] ünvanına yollamaq lazımdır. Foto www.facebook.com/parkcinema səhifəsində yerləşdiriləcək. Ən çox səs ("like") qazanan foto qalib hesablanacaq.
Qalib anası ilə birlikdə Avropaya üç günlük səyahət qazanacaq.
Səsvermə 12.12.2013 tarixində başlayıb film prokatda olan müddət ərzində davam edəcək.
Diqqət! Saxta profillərdən verilən səslər hesablanmayacaq!
Park Cinema:
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan "Park Cinema" 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunub və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və "facebook" sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.