...

Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri əhali ilə görüşlər keçirəcək

Mədəniyyət Materials 21 Aprel 2014 17:50 (UTC +04:00)
Azərbaycanın bir neçə rayonunda tanınmış mədəniyyət və incəsənət xadimləri əhali ilə yaradıcılıq görüşləri keçirəcək.
Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri əhali ilə görüşlər keçirəcək

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın bir neçə rayonunda tanınmış mədəniyyət və incəsənət xadimləri əhali ilə yaradıcılıq görüşləri keçirəcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, aprelin 24-də Şamaxı, aprelin 25-də Qobustan, mayın 4-də Quba və 5-də Siyəzən rayonlarında respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, gənc ifaçıların yerli əhali ilə yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılır. Tədbirlər gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması məqsədi daşıyır.

Görüşlərdə respublikanın xalq artistləri Canəli Əkbərov, Zabit Nəbizadə, Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev və digər sənət adamlarının çıxışları nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti