...

Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında əlaqələr genişlənir

Mədəniyyət Materials 20 Avqust 2014 14:06
Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Xose Xater Pena M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.
Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında əlaqələr genişlənir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Xose Xater Pena M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə kitabxananın direktoru Kərim Tahirov Azərbaycan-Kolumbiya mədəni əlaqələrindən, beynəlxalq əməkdaşlıqdan söhbət açıb.

Tərəflər hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsi, kitab mübadiləsinin artırılması və qarşılıqlı əməkdaşlıq memorandumunun hazırlanması haqqında müzakirələr aparıblar.

Müvəqqəti işlər vəkili Kolumbiyanın görkəmli yazıçısı Qabriel Qarsiya Markesin ingilis dilinə tərcümə olunmuş bir sıra kitablarını kitabxanaya təqdim edib.

Qonağa isə "Azərbaycan Milli Kitabxanası. Fotoalbom" və "Azərbaycan xalçaları" kitabları hədiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti