...

Azərbaycanın xalq yazıçısı Elçin Serbiyada mükafata layiq görülüb

Mədəniyyət Materials 22 Sentyabr 2014 18:00 (UTC +04:00)
Azərbaycanın xalq yazıçısı Elçinin əsərləri mütəmadi olaraq xarici ölkələrdə nəşr edilir. Ədibin roman və hekayələri Serbiya Respublikasında da geniş yayılıb.
Azərbaycanın xalq yazıçısı Elçin Serbiyada mükafata layiq görülüb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycanın xalq yazıçısı Elçinin əsərləri mütəmadi olaraq xarici ölkələrdə nəşr edilir. Ədibin roman və hekayələri Serbiya Respublikasında da geniş yayılıb.

Trend-in məlumatına görə, xalq yazıçısının serb dilində nəşr olunan "Ölüm hökmü", "Ağ dəvə", "Mahmud və Məryəm" romanları, eləcə də hekayələri bu ölkənin ədəbi ictimaiyyətinin və geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Serbiyada fəaliyyət göstərən, beynəlxalq səviyyədə tanınmış, nüfuzlu "Kariç qardaşları Fondu" İdarə Heyətinin qərarı ilə Azərbaycanın xalq yazıçısı Elçin 2014-cü ildə "Ədəbiyyat sahəsində əldə edilmiş yüksək bədii-estetik nailiyyətlərə görə" nominasiyası üzrə "Beynəlxalq Kariç qardaşları" mükafatına layiq görülüb.

Mükafatın təqdimat mərasimi sentyabrın 30-da Serbiyanın paytaxtı Belqrad şəhərindəki Böyük Teatrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti