...

Azərbaycan kəlağayısı Qeyri-maddi mədəni irs Siyahısına daxil edilə bilər

Mədəniyyət Materials 24 Noyabr 2014 20:55 (UTC +04:00)
Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında Azərbaycanda qadın ipək baş örtüyü olan kəlağayının ənənəvi hazırlanması sənəti, eləcə də onun geyinilməsi və rəmzlərinin Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilməsi müzakirə olunacaq.
Azərbaycan kəlağayısı Qeyri-maddi mədəni irs Siyahısına daxil edilə bilər

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında Azərbaycanda qadın ipək baş örtüyü olan kəlağayının ənənəvi hazırlanması sənəti, eləcə də onun geyinilməsi və rəmzlərinin Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilməsi müzakirə olunacaq.

Trend-in YUNESKO-ya istinadən verdiyi məlumata görə, bu gün Parisdə YUNESKO-nun mənzil-qərargahında perulu Xose Manuel Rodriges Kuadrosun rəhbərliyi altında Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasının açılışı keçirilib.

Açılışda 950 nəfər iştirak edib. Tədbir noyabrın 28-dək davam edəcək.

Komitə sabahdan yeni elementlərin iki siyahıya - Təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı və Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına - daxil edilməsi ilə bağlı təklifləri nəzərdən keçirməyə başlayacaq. Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilməsi üzrə namizəd-elementlər arasında Azərbaycanın milli qadın ipək baş örtüyü olan kəlağayının ənənəvi hazırlanması sənəti, eləcə də onun geyinilməsi və rəmzləri də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti