...

"Çətin missiya-5" filminin premyera tarixi dəyişdi

Mədəniyyət Materials 27 Yanvar 2015 14:40 (UTC +04:00)
"Paramount Pictures" studiyası "Çətin missiya -5" filminin premyerasının tarixini dəyişdirib.
"Çətin missiya-5" filminin premyera tarixi dəyişdi

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Paramount Pictures" studiyası "Çətin missiya -5" filminin premyerasının tarixini dəyişdirib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, filmin premyerası bu il dekabrın 25-dən iyulun 31-nə keçirilib.

Bununla da prodüserlər 2015-ci ilin dekabrın 18-də prokata çıxacaq "Ulduzlar müharibəsi" filminin yeddinci epizodu ilə rəqabətdən yayınmaq istəyirlər.

Qeyd edək ki, rejissoru Brayan de Palma, baş rol ifaçısı Tom Kruz olan "Çətin missiya" filminin ilk hissəsi 1996-cı ildə ekrana çıxıb. Film prokatda 456,5 milyon dollar qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti