...

"Bakı sübhdən günbatanadək"

Mədəniyyət Materials 10 Fevral 2015 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

21 avqust - 7 sentyabr 2014-cü il tarixlərində Bakı şəhərində keçirilmiş "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində hazırlanmış "Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filminin 18 fevral 2015-ci il tarixində Nizami Kino Mərkəzində təqdimat mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, təqdimat mərasimində iştirak etmək üçün Polşadan layihənin müəllifləri və prodüserləri də dəvət olunublar.

Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanmaqla bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışıblar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunub.

Qeyd edək ki, layihə bu günə qədər 12 şəhərdə - Minsk, Kiyev, Moskva, Pekin, Tokio (2011), Tbilisi, Yerevan, Kişinyov, Bıdqoş (2013), Bakı, İstanbul və Kəlküttədə (2014) həyata keçirilib.

Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, "TVP 2" Polşa Milli Televiziyası, "Belsat" kanalı, Polşa Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti