...

Xocalı soyqırımının ildönümünə həsr olunmuş Kino Axşamı

Mədəniyyət Materials 17 Fevral 2015 15:19 (UTC +04:00)
Xocalı soyqırımının ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək.
Xocalı soyqırımının ildönümünə həsr olunmuş Kino Axşamı

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Xocalı soyqırımının ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək.

26 fevral 2015-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının iyirmi üçüncü ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, kino xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə nazirliyin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasının istehsal etdiyi, Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunmuş, rejissor Şamil Nəcəfzadənin "Müharibə uşaqları" və Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərliyə həsr olunmuş, rejissor Könül Kərimovanın "Biz qayıdacağıq" sənədli filmləri ilk dəfə nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti