...

Putin tanınmış Azərbaycan kinorejissoru Vaqif Mustafayevi ordenlə təltif etdi

Mədəniyyət Materials 8 May 2015 17:26 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Putin tanınmış Azərbaycan kinorejissoru Vaqif Mustafayevi ordenlə təltif etdi

Azərbaycan, Bakı, 8 may /Trend/

Rusiya Prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, V.Mustafayev Rusiya Federasiyasının "Dostluq" ordeninə "RF ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə, ticari-iqtisadi və mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə" layiq görülüb.

V.Mustafayev "Bəyin oğurlanması", "Yaramaz", "Hər şey yaxşılığa doğru", "Milli bomba" kimi tanınmış filmlərin, ümummilli lider Heydər Əliyev haqqında silsilə sənədli filmlərin, o cümlədən tamaşaçıların böyük rəğbətini qazanmış "Lider", "Əsl məhəbbət haqqında", "Bir həsədin tarixi" filmlərinin rejissorudur. Onun filmləri dəfələrlə müxtəlif nüfuzlu beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti