...

"İmamzadə"dəki abadlıq-quruculuq işləri 2 aya yekunlaşacaq

Mədəniyyət Materials 10 Sentyabr 2015 17:49 (UTC +04:00)
“İmamzadə” dini-memarlıq kompleksindəki abadlıq-quruculuq işləri 2 aya yekunlaşacaq.
"İmamzadə"dəki abadlıq-quruculuq işləri 2 aya yekunlaşacaq

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

"İmamzadə" dini-memarlıq kompleksində aparılan işlərin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hazırda yeni tikilən məscid, namazgah və ziyarət zalının daxili tərtibatı yekunlaşmaq üzrədir. Kompleksin ərazisi layihəyə uyğun olaraq qırmızı çalarlı kərpic daşlarla döşənəcək.

"İmamzadə türbəsi"nə gələn yolda da abadlıq-quruculuq işləri davam etdirilir. İşlərin 2 aya kimi tam yekunlaşdırılması nəzərdə tutulur.

İş icraçısı Rafiq Mehrəliyev deyib: "Mərasim zalında və onun ətrafında abadlıq işləri gedir. Məsciddə interyer işləri tamamlanır. Layihəçilər də binaların daxilində və xaricində yekun baxış keçirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti