...

Yaxın Şərq neftinin qiymətləri sanksiyaların təsiri ilə rekord səviyyəyə yüksəlib

Dünya xəbərləri Materials 28 Yanvar 2025 02:28 (UTC +04:00)
Yaxın Şərq neftinin qiymətləri sanksiyaların təsiri ilə rekord səviyyəyə yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərq neftinin qiymətləri, Rusiyanın neft sənayesinə qarşı sanksiyaların sərtləşdirilməsi fonunda rekord həddə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" xəbər yayıb.

Qiymətlərin artmasının səbəbi olaraq, Çin və Hindistan kimi iri idxalçı ölkələrin əvvəlki satınalmaların həcmini sürətlə əvəz etməyə çalışmaları göstərilir. "ICE Futures Europe" birjasında "Brent" və "Dubai" xam neft arasında spred 2015-ci ildən bəri ən böyük göstəriciyə qədər genişlənib. "Dubai" nefti, "Brent"dən 2 dollardan çox bahalaşıb, baxmayaraq ki, üç ay əvvəl bu göstərici 1,43 dollar idi.

Ənənəvi olaraq, BƏƏ xam nefti "Brent"lə müqayisədə endirimlə satılır, çünki onu benzin və dizel kimi hazır məhsullara çevirmək alıcılardan daha çox xərc tələb edir. Lakin Hindistan və Çindən olan idxalçılar arasında ajiotaj qiymətlərin kəskin artmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti