...

Tramp və Modi Hindistana Amerika hərbi texnikasının tədarükü məsələlərini müzakirə ediblər

Dünya xəbərləri Materials 28 Yanvar 2025 03:57 (UTC +04:00)
Tramp və Modi Hindistana Amerika hərbi texnikasının tədarükü məsələlərini müzakirə ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş Naziri Narendra Modi ilə ölkəyə Amerika silah və hərbi texnikasının tədarükünün artırılması perspektivlərini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bəyanat yayıb.

Məlumatda qeyd edilir ki, yanvarın 27-də baş tutan "məhsuldar söhbət" zamanı liderlər əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. "Həmçinin, onlar Hind-Sakit okean regionu, Yaxın Şərq və Avropada təhlükəsizliklə bağlı bir sıra regional mövzulara toxunublar," - deyə bəyanatda vurğulanıb.

Ağ Ev bildirib ki, Tramp Hindistana Amerika təhlükəsizlik avadanlıqlarının tədarükünün artırılmasının və ədalətli ikitərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Müzakirələr zamanı tərəflər Hindistan Baş Nazirinin Vaşinqtona səfər planlarını da nəzərdən keçiriblər.

Xəbər lenti

Xəbər lenti