Bakı. Trend:
Bazar ertəsi günü 300 mindən çox fələstinli Qəzza zolağına qayıtmaq imkanı əldə etdikdən sonra anklavın şimal rayonlarına geri dönüb.
Trend xəbər verir ki, bu barədə Qəzzada KİV ilə iş üzrə idarə öz teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, "Bu gün anklavın cənub və mərkəzi rayonlarından 300 mindən çox insan Ər-Rəşid və Səlahəddin yolları ilə şimala qayıdıb." Ər-Rəşid yolu Qəzzanın qərbində dəniz sahili boyunca, Səlahəddin yolu isə şərq hissəsində yerləşir.
Hazırda Qəzza zolağının nə qədər sakininin şimal rayonlarına qayıtmağı planlaşdırdığı barədə əlavə məlumat verilmir.