...

Uşaqlarınız üçün yeni kitablar

Mədəniyyət Materials 20 Noyabr 2015 15:08 (UTC +04:00)
Uşaqlar üçün yeni kitablar çap olunub.
Uşaqlarınız üçün yeni kitablar

Bakı. Trend:

"Qələm" Nəşriyyatı Azərbaycanda azyaşlı oxucuların öz vaxtını əyləncəli, səmərəli keçirməsi, mütaliə vərdişlərini gücləndirməsi və dünyagörüşlərini artırması üçün kitabların nəşrini davam etdirir.

Trend-in məlumatına görə, nəşriyyatda bu məqsədlə daha 3 seriyadan kitab dərc edilib. Bunlardan biri "Ninza tısbağalar" seriyasından olan kitablardır. Həmin kitablar uşaqlar üçün əla beyin məşqi sayıla bilər.

Azyaşlıların sevimli qəhrəmanı Kayyunun macəralarını da indi uşaqlarımız öz ana dilimizdə oxuya bilərlər.

Onların daha bir sevimli qəhrəmanı Doranın sərgüzəştləri də "Qələm" Nəşriyyatı tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılıb və satışa çıxarılıb.

Bu nəşrlərin hər biri Nickeledion və Choutte publishing nəşriyyatlarından alınıbdır və onların ölkəmizdə müəlliflik hüququ "Qələm" Nəşriyyatına məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti