...

Rəssam Nigar Nərimanbəyova: Fransa Azərbaycanla birlikdə kədərlənir (FOTO)

Mədəniyyət Materials 7 Dekabr 2015 17:11 (UTC +04:00)
Neft platformasında baş vermiş yanğınla əlaqədar Azərbaycan xalqının üzləşdiyi kədər bütün Fransanı da təsirləndirib.
Rəssam Nigar Nərimanbəyova: Fransa Azərbaycanla birlikdə kədərlənir (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Neft platformasında baş vermiş yanğınla əlaqədar Azərbaycan xalqının üzləşdiyi kədər bütün Fransanı da təsirləndirib. Bunu Trend-ə Parisdə yaşayan və işləyən tanınmış rəssam Nigar Nərimanbəyova deyib.

O bildirib: "Qoy, mənim "Qoruyucu mələk. Dua" əsərim kədərimizdə yadetmə akkordu olsun. Fransızlar Azərbaycanı çox sevirlər, bizi yaxın dost, qardaş hesab edirlər. Onlar bu yaxınlarda yaşadıqları böyük kədər zamanı azərbaycanlıların da dəstək sözləri ilə yanlarında olduqlarını unutmayıblar".

N.Nərimanbəyova "Günəşli" yatağında baş vermiş qəza zamanı ölənlərin doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti