...

Yunus Oğuz Qırğızıstanda fəxri fərmanla təltif olunacaq

Mədəniyyət Materials 6 Yanvar 2016 16:34 (UTC +04:00)

Bakı. Trend:

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Qırğızıstan Prezidenti yanında Dövlәt dili komissiyasının fәxri fәrmanı ilә tәltif olunacaq.

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, təltifetmə yazıçının müəllifi olduğu "Əmir Teymur" kitabının bu ölkədə təqdimat mərasimi zamanı baş tutacaq. N.Məmmədov deyib ki, Prezident iqamətgahında baş tutacaq tәqdimatda bu ölkədə fəaliyyət göstərən xarici ölkәlәrin sәfirlәri, Qırğızıstanın dövlәt nümayәndәlәri iştirak edәcәklər: "Təqdimat mərasimində 10-a yaxın nazir, Qırğızıstan Respublikası Joqorku Keneşin (parlament) spikeri vә deputatlarının iştirakı gözlәnilir".

Qeyd edək ki, Y.Oğuzun müəllifi olduğu "Əmir Teymur - dünyanın hakimi" və "Əmir Teymur - zirvəyə doğru" tarixi romanları Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə qırğız dilinə tərcümə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti