...

Şəkinin Türk dünyasının paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı hazırlandı

Mədəniyyət Materials 10 Fevral 2016 11:47 (UTC +04:00)
Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı və loqotip hazırlanıb.
Şəkinin Türk dünyasının paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı hazırlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı və loqotip hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb. Mədəniyyət Paytaxtı çərçivəsində il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

Tədbirlər planı ilə yanaşı "Şəki 2016-Türk Dünyasının Mədəniyyət Paytaxtı" Loqotipi də hazırlanıb. Loqotipdə ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti