...

"Cücələrim"in müəllifinin 100 illik yubileyi keçiriləcək

Mədəniyyət Materials 15 Aprel 2016 15:21 (UTC +04:00)
Bəstəkar Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
"Cücələrim"in müəllifinin 100 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Bəstəkar Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, "Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 25 noyabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq, nazirliyin təşkilatçılığı ilə 19 aprel 2016-cı il tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində bəstəkara həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Q.Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri var.

Bəstəkarın "Cücələrim" əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti