...

Bakıda tanınmış və istedadlı gənc yerli caz ifaçılarının konsert proqramı keçirilib (FOTO)

Mədəniyyət Materials 18 Aprel 2016 13:22 (UTC +04:00)
Heydər Əliyev Sarayında tanınmış və istedadlı gənc yerli caz ifaçılarının konsert proqramı keçirilib.
Bakıda tanınmış və istedadlı gənc yerli caz ifaçılarının konsert proqramı keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Sarayında tanınmış və istedadlı gənc yerli caz ifaçılarının konsert proqramı keçirilib.

Trend-in məlumatına görə, "jAzzeri Bands" caz musiqisi axşamında respublikanın əməkdar artisti Rəşad Haşımovun rəhbərliyi ilə "Rast" qrupu, Vlada Axundova və Excellent Music Band, Rilaya və Fusion Band, Leyla Kafari və Seven Band, Aysel Mamedova və AcidPiano Band, Mikayıl Rəfiyev və Jazzer Band (instrumntal qrup) iştirak ediblər.

Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilmiş festival və müsabiqələrin iştirakçısı olan caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndiriblər. Axşamın aparıcısı Rahıb Azəri olub.

Konsertin informasiya dəstəyi qismində Trend.az, Day.az və Milli.az iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti