...

Əbülfəs Qarayev: Azərbaycan xalqı daim var olduğuna görə Uzeyir bəyin adı daim yada salınacaq (FOTO)

Mədəniyyət Materials 17 Sentyabr 2016 10:52 (UTC +04:00)
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 131 illiyi və Milli Musiqi Günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
Əbülfəs Qarayev: Azərbaycan xalqı daim var olduğuna görə Uzeyir bəyin adı daim yada salınacaq (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 131 illiyi və Milli Musiqi Günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Trend-in məlumatına görə, məzarın önündə çıxış efən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Azərbaycan musiqisinin böyük inkişaf yolu keçdiyini bildirən Ə.Qarayev deyib ki, "Uzeyir Musiqi Günləri" artıq musiqi dünyamızın bayramına çevrilib: "Lakin Musiqi Günü bir günlə məhdudlaşmır. Hər il ənənəvi olaraq, Uzeyir Hcıbəyliyə həsr olunan musiqi festivalı keçirilir. Azərbaycan xalqı daim yaşayacaq. Hesab edirəm ki, bu ənənə də Azərbaycan xalqı yaşayanca davam edəcək, Azərbaycan xalqı daim var olduğuna görə Uzeyir bəyin adı daim yada salınacaq".

Mədəniyyət və turizm naziri və incəsənət xadimləri ulu öndər Heydər Əliyevin, görkəmli oftolmoloq alim Zərifə Əliyevanın, xalq artistləri Müslüm Maqomayevin, Tofiq Quliyevin, Rəşid Behbudovun, Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün məzarlarını ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti