Bakı. Trend:
Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşada Jermon partiyasını Ukrayna Milli operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin ifa edəcək.
Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - Xalq Artisti Əli Əsgərov (Markiz d`Obinyi), Əməkdar Artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Əkrəm Poladov (Doktor Qrevil) və gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər.
Tamaşanı beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.