...

“İçərişəhər” Hindistana gedəcək...

Mədəniyyət Materials 29 Noyabr 2016 17:37 (UTC +04:00)
“İçərişəhər” bədii filminin 47-ci Hindistan Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayişi baş tutub.
“İçərişəhər” Hindistana gedəcək...

Bakı. Trend:

“İçərişəhər” bədii filminin 47-ci Hindistan Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayişi baş tutub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, festival 20-28 noyabr tarixlərində Qoada keçirilib. Festivalda filmin ssenari həmmüəllifi və baş rolun ifaçısı Təhminə Rafaella iştirak edib.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“İçərişəhər” filmi Misirin Qahirə Beynəlxalq Film Festivalında və Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayiş olunub. Film həmçinin Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, Anar Xəlilov və digərləri canlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti