...

"Art Tower" qalereyasında “Start” layihəsi təqdim olunub (FOTO)

Mədəniyyət Materials 16 Dekabr 2016 20:02 (UTC +04:00)
Bu il "Arts Council" beynəlxalq təşkilatının 10 yaşı tamam olur.
"Art Tower" qalereyasında “Start” layihəsi təqdim olunub (FOTO)

Bakı. Trend:

Bu il "Arts Council" beynəlxalq təşkilatının 10 yaşı tamam olur.

Trend-in məlumatına görə, bu vaxt ərzində "Arts Council Azerbaijan" təşkilatı onlarla uğurlu layihə həyata keçirib.

Yubiley proqramında "Arts Council Azerbaijan" “Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Gənclər Şəbəkəsinin dəstəyi ilə sərgi təşkil edib. Sərginin kuratoru Səinə Nəcəfovadır.

“Start” layihəsinin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif üslubda və texnikada işlənən sənət əsərləri, rəngkarlıq, qobelen, heykəltəraşlıq nümünələri təqdim olunub. Sərgidə Vəfa Əhmədova, Ceykob Marti, Arzu Xəlilova, Fidan Həsənova, Eldar Həsənov, Nərmin Sadıxova, Vəfa Babayeva, Fidan Kim, Sayalı Məmmədova, Elçin Hüseynli, Səbinə Səfərova, Ülviyyə Kamalzadə, Ülvi Yadigarlı, Qalib Mirzəyev, Leyla Ağazadə, Fərrux Nəcəfov, İradə Ömərova, Nuray Qaydarova, Azad Aslanov, Esmira Güləhmədova, Sahib Yaqubov, Nuranə Maxsudlu, Həcər Verdiyeva, Könül İsmailova, Fidan Nərimanbəyli, Nigar Şıxlinskaya, Pərviz Mahmudovun əsərləri nümayiş olunacaq.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb tanıtdırmaqdır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti