...

Tanınmış müğənnilər "Səma" rəqs ansablının konsertində (FOTO)

Mədəniyyət Materials 26 Dekabr 2016 13:44 (UTC +04:00)
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Səma” rəqs ansamblının Multikulturalizm ilinə həsr olunmuş hesabat konserti keçirilib.
Tanınmış müğənnilər "Səma" rəqs ansablının konsertində  (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Səma” rəqs ansamblının Multikulturalizm ilinə həsr olunmuş hesabat konserti keçirilib.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Konsertdə “Səma” rəqs ansamblının ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri nümayiş olunub. Əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, əməkdar incəsənət xadimi, cazmen Cavan Zeynallı, tanınmış müğənnilər İzzət Bağırov, Niyam Salami, Günay İbrahimli, Səbinə Əsgərova, Nərminə Paşayeva, “Free life” rəqs qrupu öz ifaları ilə konsert proqramına xüsusi rəng qatıblar.

Konsertdə həmçinin Gürcüstan Respublikasının əməkar artisti Tato Qoderdzishvili və “Xareba” gürcü akademik ansablı çıxış ediblər.

Sonda “Səma” rəqs ansablı və gürcü qonaqlar fəxri fərman və diplomlarla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti