...

Bakıda yeni konsepsiyalı ilk kompleks-kitabxananın açılışı olacaq

Mədəniyyət Materials 27 Mart 2017 15:00 (UTC +04:00)
Azərbaycanda yeni konsepsiyalı ilk kompleks-kitabxananın açılışı olacaq.
Bakıda yeni konsepsiyalı ilk kompleks-kitabxananın açılışı olacaq

Bakı. Trend:

Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS–nin 1 saylı filialı M.Şəhriyar adına kitabxansı rekonstruksiyadan sonra qapılarını oxucuların üzünə açacaq.

İdarənin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, kitab evi tərzində düzənlənən yeni nəsil kitabxananın əsas ideyası 5 minə yaxın yeni və müasir kitablardan ibarət fondun daima yenilənməsi olacaq. Oxucuya sərbəst seçim imkanı verən məkan, həmçinin müasir kompüterlərlə, sürətli internet və wi-fi zona ilə təmin olunub və istifadəçinin hər sahədə daha geniş məlumat əldə etməsinə qulluq edəcək.

Kompleksə daxil olan Asudə Vaxt Mərkəzi isə ərazi sakinlərinə, uzağa getmədən, şahmat, xarici dil, rəqs və digər dərnəklərə üzv olmaq imkanı yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti