Bakı. Trend:
Milli Azərbaycan Tarixi Muzeyində e.ə. VIII-V əsrlərə aid qızıl qadın sırğası bərpa olunub.
Trend-in AMEA-ya istinadən verdiyi məlumata görə, xüsusi fonda təhvil verilən sırğanın bərpası muzeyin Bərpa laboratoriyasının bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən həyata keçirilib.
Qeyd edək ki, bəzək əşyası 1946-1953-cü illərdə Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılıb.