...

Bakıda Azərbaycan, Fransa və Belçika Caz triosunun konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 8 İyun 2017 18:23
Elçin Şirinovun (Azərbaycan), Linley Marthe (Fransa) və Stephane Galland (Belçika) bir arada çıxış ediblər.
Bakıda Azərbaycan, Fransa və Belçika Caz triosunun konserti keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində dünən caz layihəsi çərçivəsində dünyaca tanınmış musiqiçilər Elçin Şirinovun (Azərbaycan), Linley Marthe (Fransa) və Stephane Galland (Belçika) bir arada çıxış ediblər.

Mərkəzdən Trend-ə verilən məlumata görə, səhnəyə ilk olaraq Fransa və Belçika səfirləri çıxaraq Bakının caz paytaxtı olduğunu bir daha qeyd ediblər. Bu gecənin dünyaca tanınmış musiqiçilərin Bakı səhnəsindəki ifalarından və mədəni əlaqələr arasındakı əhəmiyyətindən söhbət açıblar. Mədəniyyətlərin unikal sintezindən həzz ala biləcəklərini qeyd ediblər. Hər iki nümayəndə bu gecənin təşkil olunmasında Beynəlxalq Muğam Mərkəzinə, Primier LTD shirkətinə və əməyi olan hərkəsə təşəkkürünü bildiriblər.

Qeyd edək ki Elçin Şirinov Trio Fransada keçən il keçirilən “Sunnyside” festifalında yaranıb. Trio xarici səfərlərdə bir neçə dəfə konsert proqramı ilə çıxış ediblər.

Fransız ifaçı Linney Marthe cazın ən öndəgedən basisləri arasındadır. Bir çox konsertlərdə Cheb Mami, Jean Luc Ponty, Paco Sery kimi tanınmış musiqiçilərlə ifa etmişdi. Bu Linney Marthenin Bakıya ikinci səfəridir. O, ötən il keçirilən Bakı Caz Festifalında çıxış etmişdi.

Belçikalı zərb alətləri ifaçısı Stephane Galland klassik, Afrika və Pop üslubunda ifa edir. O, Jean- Pierre Catoul və Eric Legnini kimi tanınmış musiqiçilərlə bir səhnədə çıxış etmişdi. Bu S.Gallandın Bakıya ilk səfəridir.

Qeyd edək ki musiqi gecəsində trio həm tanınmış caz kompozisiyaları, həm də Elçin Şirinovun bəstələrini ifa ediblər.

Anşlaqla keçən konsert caz sevərlər tərəfindən maraqla qarşılanıb və konsertin sonunda tamaşaçılar ifaçıları ayaqüstə gur alqışlarla alqışlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti