...

Vokal ifaçısı Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək

Mədəniyyət Materials 9 Oktyabr 2017 20:47 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində görkəmli vokal ifaçısı Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək.
Vokal ifaçısı Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək

Bakı. Trend:

Azərbaycan Televiziyası "Mədəniyyət Kanalı" nın təşkilatçılığı ilə oktyabr ayının 12-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində görkəmli vokal ifaçısı Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək.

Trend-in məlumatına görə, gecədə xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Gülnaz İsmayılova, Zemfira İsmayılova, İnarə Babayeva, İlahə Əfəndiyva, Səbinə Vahabzadə, Əliəhməd İbrahimov, Cahangir Qurbanov, Afaq Abbasova, Səyidə Şərifəliyeva, Nərgiz Kərimova . Fərid Əliyev , Anton Ferştandt , vokalçılar Nina Makarova və Taleh Yahyayev çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti