...

Azərbaycan Seulda keçirilən Qlobal Mədəniyyət Festivalında təmsil olunub (FOTO)

Mədəniyyət Materials 17 Oktyabr 2017 12:23 (UTC +04:00)
Azərbaycan Seulda keçirilən Qlobal Mədəniyyət Festivalında təmsil olunub.
Azərbaycan Seulda keçirilən Qlobal Mədəniyyət Festivalında təmsil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Seulda keçirilən Qlobal Mədəniyyət Festivalında təmsil olunub.

Bu barədə Trend-ə Azərbaycanın Koreyadakı səfirliyindən məlumat verilib.

14-15 oktyabr tarixlərində Seulun Yongsan rayonunda keçirilən “İtaewon Global Village Festival”ında Azərbaycan ölkəmizin Koreya Respublikasındakı səfirliyi və Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə yüksək səviyyədə təmsil olunub.

Bildirilir ki, 150 mindən artıq insanın iştirak etdiyi sözügedən festivalda Azərbaycana dair xüsusi milli guşə quraşdırılıb, ölkəmizin tarixini, mədəniyyətini əks etdirən sənət nümunələri, xalçalar, milli geyimlər və musiqi alətləri, müxtəlif suvenirlər, o cümlədən Azərbaycana dair foto-şəkillər nümayiş etdirilib. Bundan başqa, festivalın açılış mərasimində təşkil olunmuş konsert proqramı çərçivəsində Fikrət Əmirov adına rəqs qrupu geniş mədəni proqramla çıxış edib, Azərbaycan milli musiqisi koreyalı izləyicilərə təqdim olunub. Azərbaycan musiqiləri və milli rəqsləri böyük maraq doğurub.

Azərbaycanın sözügedən festivalda təmsil olunması Bakının Qaradağ rayonu ilə Seulun Yonqsan rayonu arasında əməkdaşlıq əlaqələrinin qurulması çərçivəsində baş tutub. 12-15 oktyabr tarixlərində Qaradağ rayonu İcra Hakimiyyəti başçısının müavini Emil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinin Qaradağ rayonu ilə Seul şəhərinin Yongsan rayonu arasında əməkdaşlıq əlaqələrin qurulması məqsədilə Koreyada səfərdə olub.

Səfər çərçivəsində Yongsan rayonun İcra Hakimiyyətinin binasında keçirilmiş görüş zamanı Yongsan rayonun İcra Hakimiyyətinin rəhbəri Song Chang-hyong və rayonun struktur rəhbərlərinin iştirakı ilə birgə toplantı keçirilib. Toplantıda İcra Hakimiyyətinin rəhbəri Song Chang-hyong, Azərbaycanın Koreya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəmzi Teymurov və Qaradağ rayonu İcra Hakimiyyəti başçısının müavini Emil Abbasov çıxış edərək ölkələrimiz arasında mehriban dostluq əlaqələrin mövcud olduğunu və gələcəkdə hər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd ediblər. Tədbirin sonunda tərəflər arasında dostluq əlaqələrini qurulmasına dair Memorandum imzalanıb.

Toplantıda Azərbaycanın sosial-iqtisadi inkişafına dair video çarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti