...

“Qarabağ Kuboku” sona çatıb - Qaliblərin siyahısı (FOTO)

Mədəniyyət Materials 16 Noyabr 2017 20:56 (UTC +04:00)
Bərdə şəhərində ilk dəfə “Qarabağ Kuboku” yarışması keçirilib.
“Qarabağ Kuboku” sona çatıb - Qaliblərin siyahısı (FOTO)

Bakı. Trend:

Bərdə şəhərində ilk dəfə “Qarabağ Kuboku” yarışması keçirilib.

Trend-in məlumatına görə, kubok uğrunda mübarizədə ölkənin 10 regionundan nümayəndələr, ümumi hesabla min nəfərdən çox iştirakçı qarşı-qarşıya gəlib. Rəqs mədəniyyətini Bərdə, Ağcəbədi, Tərtər, Göygöl, Gəncə, Mingəçevir, Şəki, Bakı, Abşeron, Ağstafa və Şəmkir kimi regionlarda göstəriblər.

İştirakçılar etnik folklor (müəllif rəqs növləri), folklor stilizasiya, klassik rəqs, müasir rəqs, bollywood ( hakimlər tehind rəqsi) janrları üzrə çıxış ediblər.

Azərbaycan Gənclər İttifaqının Sədr Müavini Əziz Əzizov qeyd edib: “Xüsusi ilə böyük gərginlik formation janrında müşahidə olundu. Hansında ki, 6- regionun 8 ansambl təmsilçiləri qarşı-qarşıya gəldilər. Bu janrın qalibini müəyyən etmək üçün hakimlər texniki fasilə götürdülər. Kubok sistemi ikinci, üçüncü və digər yerləri nəzərdə tutmur, yalnız kubok qalibi və lauriyatlar var. Uzun müzakirələrdən sonra qərar Emil Pənahovun rəhbərliyi altında “Alov” komandasının lehinə verildi. Lakin hakimlər xüsusi ilə Mingəçevirdən olan “Fidanlar” rəqs kollektivini vurğuladılar. Bu kollektiv qələbədən bir bir neçə adımlıq məsafədə idilər. Bütün iştirakçıları belə bir möhtəşəm rəqs bayramı münasibəti ilə təbrik edirəm. Bu gün ölkəmizdə yeni bir rəqs hekayəsi yazıldı. Bölgələrdəki gənclərin mədəni təhsili və inkişafına keyfiyyətcə təməli qoyulur. Bölgələrdə sənətimizi və uşaqlarımızla bağlı işləri davam etdirən bütün qrup rəhbərlərinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

Nəticələr.

Show Dance.
Formation – Juniors – 1 place – Fidanlar rəqs qrupu ( Mingəcevir)
Miniproduct –– 1 place – Şəki Uşaq İncəsənət məktəbi ( Şəki )

Bollywood.
Solo – Baby – 1 place – Buta rəqs ansamblı ( Bakı )
Solo – Child – 1 place – Buta rəqs ansamblı ( Bakı )
Solo – Child - Juniors – 1 place – Fidanlar rəqs qrupu ( Mingəcevir)
Miniproduct – 1 place – Buta rəqs ansamblı ( Bakı )

Classic Dance.
Formation – Juniors –– 1 place – Şəki Uşaq İncəsənət məktəbi ( Şəki )

Folk Style.
Solo – Baby – 1 place – Uğur rəqs qrupu (Bərdə )
Solo – Child – 1 place – Uğur rəqs qrupu (Bərdə )
Small group – Child – 1 place – Alov rəqs qrupu (Bakı )
Formation – Child – 1 place – Alov rəqs qrupu (Bakı )
Solo – Junior – 1 place – Bahar rəqs qrupu ( Göy-Göl )
Small group – Juniors – 1 place – Qarabağ rəqs qrupu (Bərdə)
Formation - Juniors – 1 place – Alov rəqs qrupu (Bakı )
Folk Etnika.
Solo – Juniors – 1 place – Naxış rəqs qrupu (Bakı)
Formation – Juniors – 1 place – Gəncə Göncələri ( Gəncə )

Məqalədə:
Xəbər lenti

Xəbər lenti