Bakı. Trend:
"Azərbaycan" jurnalının 4-cü sayı işıq üzü görüb.
Trend-in məlumatına görə, jurnalın bu sayında Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş yazılar yer alıb. İntiqam Qasımzadənin "Ədib", Nəriman Həsənzadənin "Xəlvətdə yanan şam" (dramatik poema), Nizami Cəfərovun “Bir gəncin manifesti”ndən “Bir səfirin manifesti”nə", Təyyar Salamoğlunun “Dirilən adam” Balzak realizmi ilə sosrealizm arasında" yazıları oxuculara təqdim edilib.
Jurnalın poeziya bölümündə Rəşid Faxralı, Anar Amin, Vəfa Mürsəlqızı, Kəmaləddin Qədim, Vəliyulla Novruz, Elnur Abdiyev, Zirəddin Qafarlı, Fəridə Haciyeva, Allahşükür Ağa kimi müəəliflərin şeirləri dərc olunub.
Mübariz Cəfərlinin "Yerin altındakı gümüşüyarpaq ağac" povesti, Məmməd Orucun "Yazıçı ömrü" əsərləri "Azərbaycan" jurnalının bu sayında yer alıb.
Jurnalın nəsr hissəsində Reyhan Yusifqızının "Cəbhə yolları - 25 il sonra", Natiq Nəsirovun "Qurd payı" (hekayə), Asif Rüstəmlinin "Bir görüşün tarixçəsi", tənqid və ədəbiyyatşünaslıq hissəsində Ülviyyə Rəhimovanın "Təhkiyədə məkan", Namiq Əhmədovun "Türkiyəyə məhəbbətlə", Zümrüdün "Ədəbi kaleydoskop" yazıları oxuculara təqdim olunub.