...

Azərbaycan mətbəxi Meksikada (FOTO)

Mədəniyyət Materials 27 Aprel 2018 13:23 (UTC +04:00)
Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi Zokalo meydanında ənənəvi “Dost Mədəniyyətləri Festivalı (Feria de Las Culturas Amigas) keçirilir.
Azərbaycan mətbəxi Meksikada (FOTO)

Bakı. Trend:

Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi Zokalo meydanında ənənəvi “Dost Mədəniyyətləri Festivalı” (Feria de Las Culturas Amigas) keçirilir.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, festivalın təntənəli açılış mərasimində Mexiko şəhəri hökumətinin başçısı (şəhərin meri) Xose Ramon Amiyeva, qanunverici orqanının üzvləri, Meksikada akkreditə olunmuş diplomatik korpus təmsilçiləri və KİV nümayəndələri iştirak edib. Ölkəmizi tədbirdə Meksikada səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.

2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhər hökumətinin təşkilatçılığı ilə keçirilən bu festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir. Festivala ildən ilə maraq artır və bu il doxsanadək ölkə qatıldığı iki həftə davam edəcək bu tədbirə dörd milyondan yaxın ziyarətçinin gəlməsi gözlənilir. Ənənəyə çevrilən bu festival Meksikanın müxtəlif regionlarından, həmçinin xaricdən turistləri cəlb edir, onlar tərəfindən böyük maraqla qarşılanır.

Azərbaycan festivalın həm mədəniyyət həm də milli mətbəxlərə aid hissəsində təmsil olunur. Festivalın qonaqlarına Azərbaycan tarixi, xüsusilə bu il yaranmasının yüzilliyi bütün dünya azərbaycanlıları tərəfindən böyük təntənə ilə qeyd olunan Azərbaycan Xalq Cümhuriyyəti barədə, həmçinin ölkəmizin mədəniyyəti və milli mətbəxi ilə bağlı məlumat verilir, video və çap materialları nümayiş etdirilir, kitabça və bröşürlar paylanır, onlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı təqdim olunur.

Qeyd edək ki, festivalın çoxsaylı qonaqları Azərbaycan stendinə böyük maraq göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti