...

Gənc Tamaşaçılar Teatrı mayda 3 beynəlxalq layihədə iştirak edəcək (FOTO)

Mədəniyyət Materials 27 Aprel 2018 23:18 (UTC +04:00)
Bu il may ayının ilk ongünlüyündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) 3 beynəlxalq layihədə iştirak edəcək.
Gənc Tamaşaçılar Teatrı mayda 3 beynəlxalq layihədə iştirak edəcək (FOTO)

Bakı. Trend:

Bu il may ayının ilk ongünlüyündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) 3 beynəlxalq layihədə iştirak edəcək.

Trend-in məlumatına görə, kollektiv mayın 1-dən 6-a dək Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dram Teatrı ilə bağlanmış “Qarşılıqlı qastrol səfərlərinə dair” müqaviləyə əsasən sözügedən teatrın səhnəsində görkəmli Azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşasını nümayiş etdirmək üçün yola düşəcək. Səfərdə teatrın direktoru, Əməkdar İncəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 14 nəfərlik yaradıcı heyət iştirak edəcək. Qastrol çərçivəsində Şimali Osetiya-Alaniya Respublikasının mədəniyyət naziri, teatr rəhbərləri və Azərbaycan diasporunun fəalları ilə M.Həmidovun bir sıra görüşləri də planlaşdırılıb.

ADGTT-nın kollektivi may ayının 2-dən 5-ə dək Türkiyənin Anatalya Böyükşəhər Bələdiyyəsi Şəhər teatrlarının dəvəti ilə sözügedən şəhərdə R.Ağayevin “Sonluğun sonu” (ifaçı Güşvər Şərifova) mono tamaşası ilə ölkəmizi qardaş ölkənin Beynəlxalq Teatr Festivalında təmsil edəcək.

May ayının 10-dan 16-a qədər isə ADGTT-nın kollektivi Makedoniyanın Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə “XX Beynəlxalq Monodram” Festivalında iştirak etmək üçün P.Züskindin “Kontrabas” (ifaçı Azərbaycan və Kalmıkiya Respublikasının Əməkdar Artisti Şövqü Hwseynov) ilə yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti