...

I Etüd Müsabiqəsinin açılış konserti keçirilib

Mədəniyyət Materials 2 May 2018 22:29 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqəsinin açılış konserti keçirilib.
I Etüd Müsabiqəsinin açılış konserti keçirilib

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqəsinin açılış konserti keçirilib.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasındakı əməkdaşlığa əsasən "Yeni nəsil dəvət edir" adlı birgə layihə çərçivəsində Muğam Mərkəzində uzun müddətdir ki, muğam konsertləri, teatr tamaşaları, klassik və caz musiqisi axşamları keçirilir.

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində "Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin açılışı olub. Müsabiqə ADMİU tərəfindən təşkil olunub və universitetin tələbələri arasında kecirilir. İki turdan ibarət olan müsabiqə "Fortepiano" və "Simli və nəfəsli alətlər" ixtisası üzrə keçirilir.

Müsabiqənin açılışında universitetin müəllimləri Leyla Aslanova, Sevda Axundova, Səfər Əliyev, Səbinə Mehdiyeva, İlahə Sadıqzadə və başqaları çıxış ediblər. Onların ifasında Ü.Hacıbəylinin, R.Şumanın,F.Şopenin, K.Debüssinin və T.Quliyevin əsərləri səsləndi.

Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqənin bağlanışı və qala-konsert keçiriləcək.

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində "Charango meets Mugam" adlı konsertdə Peru etnik musiqiçiləri və Azərbaycan musiqiçiləri ilk dəfə birlikdə çıxış edəcəklər.

Biletləri şəhərimizin kassalarından,"ASAN xidmət" mərkəzlərindən və iticket (onlayn) saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti