...

Nizami Kino Mərkəzində bayram konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 30 May 2018 23:41 (UTC +04:00)
Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş bayram konserti keçirilib.
Nizami Kino Mərkəzində bayram konserti keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin və Sabuncu rayonu Asudə Vaxt Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş bayram konserti keçirilib.

Baş İdarədən Trend-ə verilən məlumata görə, ilk olaraq Dövlət Himni səsləndirilib.

Konsertdə Ramana Gənc Əlillərin Əmək və İstirahət evinin nümayəndələri və sakinləri, Bakı şəhər mədəniyyət müəssisələrinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsertin aparıcıları Nurlan Həsənzadə və Xanım Əliyeva Azərbaycan Xalq Cümhuriyyətin Yaranmasının tarixi haqqında qonaqlara geniş məlumat veriblər.

Daha sonra “Atəşgah” şou qrupun ifasında konsertin əsrarəngiz açılışı olub.

Bayram konsertinin gedişatında biri birindən fərqli, gözəl çıxışlar tamaşaçılara təqdim olunub. Belə ki, xalq artistli Gülyaz Məmmədova və əməkdar artist Səlim Abbasovla yanaşı tanınmış və sevilən ifaçılar Aysel Əlizadə, Ramil Nabran, Leyla Ramazanlı, Nihat Məlik, Nuray Rəhman, Anar Rəhimli, Elnar Xəlilov, Əli Quliyev, Sami Oruc, “Səma” rəqs ansamblı, Şahin Rzayev, “Lələlər” rəqs ansamblı, Naili İmran və “Odlar” qrupu rəqs ansamblının möhtəşəm ifaları tamaşaçıların zövqünü oxşayıb.

Sonda konsertdə iştirak edən ifaçılar və rəqs ansamblları təşkilatçılar tərəfindən "Cümhuriyyət 100 il" adlı nominasiya ilə təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti