Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov "Tvitter"dəki səhifəsində yazıb.
Azərbaycanla yanaşı komitəyə Niderland, Polşa, Yamayka, Çin, Yaponiya, Qazaxıstan, Şri-Lanka, Kamerun, Küveyt, Cibuti və Toqo da seçilib.
Azərbaycan 2018-2022-ci illərdə komitənin üzvü olacaq.